Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 6-cı qrupunda I tura yekun vurulub | |
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 6-cı qrupunda I tura yekun vurulub. Azərbaycan çempionu "Araz"ın çıxış etdiyi qrupun 2-ci oyununda Macarıstanın “Dyor” və Hollandiyanın “Eyndhoven” klubları görüşüb. 4 komandalı mini turnirə ev sahibliyi edən macarıstanlılar meydan amilindən yararlana bilib – 3:0. Qeyd edək ki, turun ilk matçında “Araz” İrlandiyanın EID komandasını 2:1 hesabı ilə məğlub edib. |
|
Xəbər 875 dəfə oxundu. |
|
|