"Bornmunt" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb
Futbol üzrə İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda müəyyənləşib.

“Bornmunt” Çempionşipin 33-cü turundan təxirə salınmış oyunda “Nottingem Forest”i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib.

İkinci pillədə qərarlaşan Skott Parkerin komandası xallarının sayını 85-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi “Nottingem Forest” üçün əltaçmaz olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri "Fulhem" olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.

Xəbər 390 dəfə oxundu.