Yunis Hüseynov: “Betonun fiziki durumu qaydasında deyil”
“Beto artıq komandanın məşqlərinə qatılır. Qol duyumu, topla davranışı yaxşıdır. Düşünürəm ki, hələ vaxtımız var. Onun komandaya uyğunlaşmasını təmin edəcəyik”. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Baş məşqçi yeni transferləri danışarkən onun fiziki durumundan narazı qaldığını bildirib: “Gözlədiyim kimi, onun fiziki durumu qaydasında deyil. Çünki Beto bir müddət oynamayıb. Lakin hazırda intensiv məşqlər edir. Tez bir zamanda formaya düşəcək”.

Xəbər 899 dəfə oxundu.