Sabah Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək | |
Sabah Daşkənddə şahmatçılarımızın da iştirak edəcəkləri Aqzamov memorialı start götürəcək. 15-ci dəfə keçiriləcək yarışın güclü A turnirində Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Şahin Vəliyev iştirak edəcəklər. On turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək. Turnir mayın 11-dək davam edəcək. |
|
Xəbər 565 dəfə oxundu. |
|
|