Londonda 6-cı medal üzgüçümüzdən gəldi
Azərbaycan üzgüçüsü Natali Pronina XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. İdman.com.az saytının məlumatına görə, 200 m məsafəyə kompleks növündə finiş xəttinə ikinci çatan 25 yaşlı idmançımız 100 m məsafəyə sərbəst üsulla üzmədə də gümüş medala yiyələnib.

O, yenə çempionluq uğrunda rusiyalı Oksana Savçenkoya uduzub. Pronina finiş xəttinə rəqibindən 1,59 saniyə gec çatıb (1:00.00). Üçüncü yeri bir gün öncə olduğu kimi digər rusiyalı - Darya Stukalova (2:28:73) tutub.

Bununla da, Azərbaycan yığmasının Paralimpiadada qazandığı medalların sayı 6-ya çatıb. Pronina başqa, cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova (57 kq) qızıl, İlham Zəkiyevlə (+100 kq) atletimiz Hüseyn Həsənov bürünc medala sahib olmuşdu.

Xəbər 2006 dəfə oxundu.