Şahmatçımız Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində seans keçirəcək | |
Şahmatçımız Nicat Abasov aprelin 30-da Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində seans keçirəcək. Seansda 2000-ə yaxın reytinq əmsalı olan yerli şahmatçılar iştirak edəcəklər. Mayın 1-də isə Azərbaycan yığma komandasının üzvü eyni məkanda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Avstriyada yaşayan soydaşlarımız, o cümlədən şahmatla maraqlanan uşaqlar və yeniyetmələrlə görüşəcək. Tədbirin keçirilməsində əsas məqsəd Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələrin inkişaf etdirilməsidir. |
|
Xəbər 241 dəfə oxundu. |
|
|