Essyen «Real»da
Madrid «Real»ı transferin son günündə Maurinyonun rəhbərliyi altında hələ «Çelsi»də oynamış Maykl Essyeni 1 illik icarəyə götürüb. İdman.com.az saytının məlumatına görə, Çempionlar Liqası, İngiltərə Premyer Liqası və Fransa I Divizionu zəfərləri ilə əlamətdar karyerası olan qanalı futbolçu 2005-ci ildə Fransada ilin oyunçusu seçilmişdi.

Transferin son günündə Lassana Diarranı Mahaçqala «Anji»sinə göndərən «Real» icarəyə götürdüyü 29 yaşlı hərtərəfli oyunçusu ilə orta xətdə fiziki gücünü artırmağı hədəfləyir.
Çempionlar Liqasında «Barselona»ya vurduğu qoluyla «İlin qolu» mükafatına da layiq görülən Essyen «Çelsi» formasıyla 247 matçda 25 qol vurub.

Xəbər 950 dəfə oxundu.