Vasif Durarbəyli “Kapablanka memorialı”nda növbəti heç-heçəyə imza atıb | |
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” davam edir. Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli 6-cı turda yerli idmançı İsan Reynaldo Ortız Suarez ilə heç-heçə edib. Ötən 6 turun nəticəsinə görə, şahmatçımız 3,5 xalla 4-cü yeri tutur. Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir. |
|
Xəbər 245 dəfə oxundu. |
|
|