Şahmat olimpiadasında ilk məğlubiyyətimiz
İstanbulda keçirilən şahmat üzrə olimpiada davam edir. İdman.com.az saytının məlumatına görə, yarışın 7-ci oyun günündə Azərbaycan milliləri daha gərgin mübarizənin iştirakçısı olub. Belə ki, hələ məğlubiyyət acısı yaşamayan kişilərdən ibarət yığmamız olimpiadanın reytinq-favoriti Rusiya şahmatçıları ilə görüşüb. Lakin təəssüf ki, kapitan Vladimir Tukmakovun komandası bu sınaqdan üzüağ çıxa bilməyib. Şahmatçılarımızdan üçü rəqiobinə uduzmasa da, Eltac Səfərli yığmamızın məğlubiyyətinin səbəbkarı olub.

Qadınlardan ibarət millimiz isə reytinqinə görə yarışın 16-cı komandası Sloveniya ilə bərabərə qalıb. Düzdür, Gülnar Məmmədova qələbə ilə komandamızı önə çıxarıb. Lakin kapitan Fikrət Sideifzadənin komandası üstünlüyü əldən verib. Bu, Nərgiz Umudovanın məğlubiyyəti ilə rəsmiləşib.

4 sentyabr
VII tur

Kişilər
AZƏRBAYCAN (2693) – RUSİYA (2769) - 1,5:2,5

Teymur Rəcəbov (2788) – Vladimir Kramnik (2797) - 0,5:0,5
Aleksandr Qrişuk (2763) – Eltac Səfərli (2620) - 1:0
Şəhriyar Məmmədyarov (2729) – Sergey Karyakin (2785) - 0,5:0,5
Dmitri Yakovenko (2722) – Rauf Məmmədov (2634) - 0,5:0,5

Qadınlar
SLOVENİYA (2329) – AZƏRBAYCAN (2266) - 2:2

Anna Muzıçuk (2606) – Zeynəb Məmmədyarova (2285) - 0,5:0,5
Gülnar Məmmədova (2324) – Vesna Rozıç (2260) - 1:0
Yana Krivits (2240) – Nərgiz Umudova (2208) - 1:0
Xəyalə İsgəndərova (2205) – Anna Srebrniç (2211) - 0,5:0,5

Xəbər 1079 dəfə oxundu.