Yeniyetmə cüdoçular arasında Sumqayıt şəhər birinciliyi start götürüb
Bu gün Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı (ACF) ilə 15 yaşadək (U-15) yeniyetmələr arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi start götürüb.

2008-2010-cu il təvəllüdlü idmançılar arasında təşkil edilən yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. “Şuşa İli”nə həsr olunan turnirdə 300-dən çox idmançı 20 çəki dərəcəsi üzrə mübarizə aparır.

İki gün davam edəcək yarışın təşkilində əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdonu daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadları üzə çıxarmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzini təbliğ etməkdir.

Xəbər 163 dəfə oxundu.