Millimiz “Beşikdaş”ı üstələyib
Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. İdman.com.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışının son mərhələsini keçən Faiq Qarayevin komandası “Beşikdaş”la qarşılaşıb.

Oyun komandamızın üstünlüyü şəraitində keçib və yığmamız “Azərreyl”in sabiq baş məşqçisi Adnan Kistakın çalışdırdığı “qara qartallar”a 3:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, voleybolçularımız II təsnifat mərhələsinin I dövrəsinin keçiriləcəyi Finlandiyaya Türkiyədən yollanacaqlar.

Xəbər 1066 dəfə oxundu.