“Sumqayıt” hazırlığa başlayıb
“Sumqayıt” hazırlığa başlayıb. Futbolçu Erdal Çelik komandanın məşqində iştirak etməyib.
24 yaşlı mərkəz müdafiəçisi sumqayıtlıların son məğlubiyyətlərində günahkar hesab olunduğundan, komandadan qovulub.Türk əsilli alman “Bucaspor” klubundan icarəyə götürülmüşdü.
Klubun mətbuat katibi Rəşad Məmmədov xəbəri təsdiqləyib: “Erdal Çelik müqavilə bağlamazdan öncə bizdə 9 gün məşq etmişdi və özünü yaxşı tərəfdən göstərmişdi. Odu ki, Azərbaycan əsilli futbolçu ilə müqavilə bağlamaq qərarı verildi. Lakin sonradan onun oyunu məşqçilər korpusunu qane etmədi. Futbolçu “Sumqayıt”a hər hansı bir menecer vasitəsilə gəlməmişdi. Ona görə də Erdalla əlaqədar heç kimə pul ödəməmişdik. Transfer vərəqini də futbolçunun özünə verdik”.
Qeyd edək ki, Erdal Çelikin mərkəz müdafiəçisi mövqeyində çıxış etdiyi Premyer Liqanın “Qarabağ” və Qəbələ” ilə oyunlarında “Sumqaylt” qapısından nə az, nə çox, 10 qol buraxmışdı.

Xəbər 864 dəfə oxundu.