Londonda 5-ci medalı qazandıq
Azərbaycan London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Bu uğura üzgüçü Natali Pronina imza atıb.
200 metr məsafəyə kompleks üzgüçülükdə qüvvəsini sınayan təmsilçimiz təsnifat mərhələsində bütün rəqiblərini qabaqlayaraq, finala lider kimi yüksəlib. Final mərhələsində isə təmsilçimiz ikinci yeri tutub. Yalnız Rusiyalı idmançıdan geri qalan Pronina Azərbaycana gümüş medal qazandırıb.
Bundan əvvəl yığmamız iki qızıl və iki bürünc medal qazanmışdı.

Xəbər 1726 dəfə oxundu.