Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Ankarada yoxlama oyununda məğlub olub | |
Ankarada təlim-məşq toplanışını davam etdirən kişi basketbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Milli komandamız yerli “Mamakspor” ilə üz-üzə gəlib. Yığmamız görüşdə 69:86 hesabı ilə məğlub olub. Millimizin heyətində Amil Həmzəyev 23 xalla komandasının ən məhsuldar basketbolçusu seçilib. Xatırladaq ki, yığmamız bundan əvvəlki sınaq matçlarında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62, “TED Ankara Kollejiler” komandasına isə 92:77 hesabı ilə qalib gəlib, Super Liqa təmsilçisi “Afyon HDİ” kollektivinə 77:79 hesabı ilə məğlub olub. |
|
Xəbər 478 dəfə oxundu. |
|
|