İsrail millisinin futbolçusu bizim azarkeşlərdən çəkinir
“İndi Avropa futbolunda komandalar arasında fərq azalıb. Elə Azərbaycan millisi də çox çətin komandadır”. İdman.com.az saytının məlumatına görə, bu sözü İsrail millisinin futbolçusu İtay Şexter deyib. O, sentyabrın 7-də Azərbaycanla Bakıda keçiriləcək oyun haqda fikirlərini açıqlayaraq, DÇ-2014-ün seçmə mərhələsinə uğurla başlamaq iddiasını bildirib:

“Ümid edirəm ki, Bakıdan yaxşı nəticə ilə qayıdacağıq. Hazırda Rusiya ilə oyunu düşünmürük. Beynimizdə yalnız Bakıdakı matç var. Orada 40 min azarkeşin olacağını gözləyirəm. Belə auditoriya qarşısında oynamaq xoş deyil. Amma biz də öz ölkəmizin dəstəyini arxamızda olduğunu düşürərək, meydana çıxacağıq”.

Xəbər 1129 dəfə oxundu.