“Azərbaycan komandasına 5 barmağım kimi bələdəm”
“Azərbaycan yığmasının oyununa 5 barmağım kimi bələdəm. Onlar haqda hər şeyi bilirəm”. İdman.com.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının baş məşqçisi Eli Qutman deyib. Təcrübəli mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla sentyabrın 7-dəki qarşılaşması haqda fikrini açıqlayıb.

O, yığmamızın oyununu xarakterizə edib: “Azərbaycan millisinin hansı oyun üslubunda, hansı tərzdə oynayacağından xəbərim var. Onların hansı vəziyyətdə nə edəcəyini də bilirəm. Futbolçularıma da bildiklərimi söyləmişəm.

Meydanda çıxıb tapşırıqlarımı yerinə yetirməlidir, vəssalam. Bilgilərimiz uğurun açarı olacaq. Biz oyuna nəzarəti əlimizdə saxlamalı, topun mümkün qədər qapımızdan uzaqda olmasını təmin etməliyik. Çünki azərbaycanlılar çox sürətli və təhlükəlidir”.

Xəbər 1102 dəfə oxundu.