Azərbaycan London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb
Azərbaycan London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Bu uğura yüngül atletika yığmamızın üzvü Hüseyn Həsənov imza atıb.
Uzunluğa tullanma yarışlarında çıxış edən Hüseyn ikinci cəhdində 6,53 m göstərici ilə üçüncülüyü ələ alıb. Sona qədər heç bir rəqibi onu keçə bilməyib və həmyerlimiz bürünc medal qazanıb.
Qeyd edək ki, yığmamız bundan əvvəl Londonda 2 qızıl və 1 bürünc qazanmışdı.

Xəbər 1263 dəfə oxundu.