“Qarabağ” “Şuşa”nı uddu
“Qarabağ” milli komandanın rəsmi oyunları səbəbindən Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoldaşlıq oyunu keçirib. Ağdamlıların rəqibi I divizion təmsilçisi “Şuşa” olub.
Tofiq İsmaylov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda milli komandalara yollanmış futbolçuların olmamasına baxmayaraq, “Qarabağ” aşağı liqa təmsilçisini ilk hissədə vurduğu 3 qolla məğlub edib. Hesabı İlqar Qurbanov açıb. Riçard Almeidanın gözəl cərimə zərbəsi fərqi iki topa çatrıdıb. Elnur Abdulov isə oyunda son nöqtəni qoyub.
“Qarabağ” sentyabrın 8-də daha bir oyun keçirəcək. Rəqibin kimliyi hələ bəlli deyil.

Xəbər 894 dəfə oxundu.