“Qəbələ”nin daha bir futbolçusu yığma komandaya çağırılıb
“Qəbələ”nin daha bir futbolçusu yığma komandaya çağırılıb. Omar Kalabane Qvineya yığmasına dəvət alıb.
Kalabane kapitanı olduğu Qvineya yığması ilə Nigerə qarşı oynayacaq. Matçı sentyabr 9-da Qvineyada keçiriləcək.
Qeyd edək ki, “Qəbələ”nin üzvlərindən Aleksandr Çertoqanov millimizin əsas, Anar Nəzirov, Nodar Məmmədov və Vurğur Hüseynov ehtiyat heyətinə çağırılıb. Ürfan Abbasov Azərbaycan U-21-nə, Deyan Kelhar isə Sloveniya millisinə dəvət alıb.

Xəbər 874 dəfə oxundu.