Azərbaycan milli komandasının heyəti açıqlanıb
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sentyabrın 3-dən 12-dək keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib. Almaniyalı baş məşqçi Berti Foqts DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail, 4 gün sonra Braqa şəhərində Portuqaliya yığması ilə qarşılaşacaq komandaya 23 futbolçu çağıraraq, 9-nu ehtiyatda saxlayıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Qəbələ”), Andrey Popoviç (“Turan”)

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vladimir Levin (“İnter”), Elnur Allahverdiyev, Ruslan Abışov (hər ikisi “Xəzər Lənkəran”), Aqil Nəbiyev (AZAL), Ufuk Budak (“Əskişəhirspor”, Türkiyə), Əli Gökdəmir (“Hannover, Almaniya)

Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (“Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Elvin Məmmədov (“Bakı”), Əfran İsmayılov (“Qarabağ”), Nizami Hacıyev (“İnter”), Cavid Hüseynov (“Adana Dəmirspor”, Türkiyə)

Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı “Qarabağ”), Cihan Özkara (“Ərciyəsspor”, Türkiyə)

Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Vurğun Hüseynov, Nodar Məmmədov (hər ikisi “Qəbələ”), Arif Daşdəmirov (“İnter”), Bədavi Hüseynov (“Anji”, Rusiya), Rizvan Umarov (“Elçe”, İspaniya), Ruslan Qurbanov (“Sumqayıt”), Elvin Yunuszadə, Cavid İmamverdiyev (hər ikisi “Neftçi”).

Xəbər 1000 dəfə oxundu.