Azərbaycan Premyer Liqası: "Qarabağ" növbəti qələbəsini qazanıb | |
Aprelin 2-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Turun açılış matçında "Qarabağ" klubu "Səbail" komandasını qəbul edib. "Azersun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab erkən qolla açılıb. Üçüncü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. Matçın 53-cü dəqiqəsində Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib. Üç dəqiqə sonra yenidən fərqlənən Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. Qarşılaşmanın 62-ci dəqiqəsində "dənizçilər" hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. Görüşün 86-cı dəqiqəsində rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib – 5:1. Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Səbail" isə 11 xalla sonuncu - 8-ci pillədə qalıb. Günün ikinci matçında "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq. |
|
Xəbər 253 dəfə oxundu. |
|
|