FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin final qarşılaşmasında ilk görüş heç-heçə ilə başa çatıb
Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin final oyunları start götürüb.

Həlledici mərhələdə ABŞ təmsilçiləri Hikaru Nakamura və Uesli So qarşılaşırlar. İlk görüş heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Hikaru Nakamura Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu, Uesli So isə iranlı Amin Tabatabayini məğlub edərək finala yüksəliblər.


Turnirə aprelin 4-də yekun vurulacaq.

Xəbər 309 dəfə oxundu.