Uşaq, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında kempo üzrə açıq respublika turniri başlayıb
Bu gün Sərhədçi İdman Olimpiya Mərkəzində uşaq, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında kempo üzrə açıq respublika turniri start götürüb.

Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş yarış Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə baş tutub. Turnir mayın 19-dan 22-dək Bakıda təşkil olunacaq və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr ediləcək kempo üzrə dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Beş yüzə yaxın idmançının qatıldığı yarış aprelin 3-dək davam edəcək.

Xəbər 271 dəfə oxundu.