“Neftçi” barədə məlumatı həmyerlisindən öyrənəcək
“Qrup mərhələsinə uğurlu start verməliyik. Bu, bizim üçün çox vacibdir”. İdman.com.az saytının məlumatına görə, bunu “Partizan”ın (Serbiya) baş məşqçisi Vladimir Vermezoviç deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinə qələbə ilə start vermək arzusundadır.

O, bildirib ki, sentyabrın 20-də oynayacaqları “Neftçi” barədə ətraflı məlumatı “ağ-qaralar”ın yarışdan kənarlaşdırdığı Kipr APOEL-nin çalışdırıcısından öyrənəcək:

“APOEL-in baş məşqçisi İvan Yovanoviçlə danışmalıyam və ondan lazımı məlumatları almalıyam. Çünki onları məhz “Neftçi” mübarizədən kənarlaşdırıb. Hər halda bizi bu payız Avropada maraqlı gəzinti gözləyir. Çox çətin 6 oyunumuz var. Biz mübarizə aparmağa hazırlaşırıq və fikrimcə, qrupdan çıxmağa yaxşı şansımız var”.

Xəbər 858 dəfə oxundu.