Azərbaycanın üç gimnastı Bakıda təşkil olunan dünya kuboku yarışlarında çıxışını təqdim edib
Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

Azərbaycanın üç təmsilçisi dünya kuboku yarışlarının ilk günündə proqramlarını təqdim edib.

Gimnastımız İvan Tixonov paralel qollarda çıxışına görə hakimlərdən 13,933 xal alıb.

Qadınlar arasında müxtəlif hündürlüklü qollarda mübarizə aparan Milana Minakovskaya çıxışına görə 10,366 xal, dayaqla tullanma hərəkətlərində isə Samirə Qəhrəmanova 12,166 xal toplayıblar.

Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Xəbər 255 dəfə oxundu.