FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə ikinci görüşünü keçirəcək
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal oyunları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşünü keçirəcək. Şahmatçımızın ABŞ təmsilçisi ilə ilk qarşılaşması heç-heçə başa çatıb. Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) iranlı Amin Tabatabayi ilə mübarizə aparacaq.

Yarışın əsasnaməsinə görə, yarımfinal və final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.

Turnirə aprelin 4-də yekun vurulacaq.

Xəbər 235 dəfə oxundu.