Türkiyəni Bakıda keçiriləcək dünya kuboku yarışlarında 9 gimnast təmsil edəcək
Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Mötəbər yarışda 35 ölkədən 151 idmançının iştirakı gözlənilir.

Dünya kuboku yarışında iştirak edəcək Türkiyə yığma komandasının heyəti açıqlanıb. Yarışda Türkiyəni Adem Asıl, Hasan Bulut, Ferhat Arıcan, Kerem Sener, İbrahim Çolak, Sercan Demir, Bengisu Yıldız, Sevgi Kayısoğlu və Göksu Uctas Sanlı təmsil edəcəklər.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya kuboku yarışlarında ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Xəbər 312 dəfə oxundu.