FIFA Qətərdə keçirilən dünya çempionatının rəsmi topunu təqdim edib
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.

Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. “Adidas” şirkəti tərəfindən hazırlanan çempionatın topu “Al Rihla” adlandırılıb ki, bu da ərəb dilində səyahət mənasını verir. Topun təqdimatı ilboyu dünya çempionatının keçirildiyi şəhərlərdə və dünyanın daha on şəhərində keçiriləcək.

Aprelin 1-də dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Turnir noyabrın 21-dən dekabrın 18-dək təşkil ediləcək.

Xəbər 322 dəfə oxundu.