Dünya Şahmat Olimpiadasında növbəti qələbələrimiz

Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı Dünya Şahmat Olimpiadasının beşinci turunda Azərbaycanın kişilərdən ibarət komandası Kanada, qadınlardan ibarət kollektivi isə Monqolustan ilə qarşılaşıblar.

Bu turda kişilərdən ibarət komandamız Kanada şahmatçılarına 3.5-0.5 hesabı ilə qalib gəlib. Teymur Rəcəbov Batur Sambuyevə, Şəhriyar Məmmədyarov Leonid Qerjoya, Rauf Məmmədov isə Nikolay Noristsinə qalib gəliblər. Qadir Hüseynovun Erik Hansen ilə oyunu heç-heçə nəticələnib.
Komandamız altıncı turda Xorvatiya ilə qarşılaşacaq.

Qadınların yarışında Zeynəb Məmmədyarova Minquntul Batxuyaq ilə heç-heçə oynayıb. Türkan Məmmədyarova Anxçimend Bayamuqxta, Gülnar Məmmədova Baqşimed Tuvşintuqsa, Nərgiz Umudova Otqonjarqal Senqeravdana qalib gəlmişlər. Beləliklə, komandamız rəqibi 3.5– 0.5 hesabı ilə məğlub edib.

Qadın şahmatçılarımız növbəti turda Ukraynanın təmsilçiləri ilə yarışacaqlar.

Xəbər 1164 dəfə oxundu.