Beşinci turda şahmatçılarımız Kanada və Monqolustan komandaları ilə görüşəcəklər

İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadasının beşinci turunda Azərbaycan yığmaları Kanada və Monqolustan yığmaları ilə görüşəcəklər.

Almaniya ilə heç-heçə oyunundan sonra komandamızın aktivində 7 xal var. 5-ci turda Azərbaycan yığması Kanada ilə oynayacaq. Onun da 7 xalı var.
Ölkəmizin dördüncü turda Ermənistana qalib gəlmiş qadın yığma komandası (2,5: 1,5) 6 xala 22-ci yeri tutur. Şahmatçılarımızın növbəti rəqibi Monqolustandır. O, 6 xalla 20-ci yerdədir.

Xəbər 1137 dəfə oxundu.