Şahmatçılarımız Avropa çempionatına qələbə ilə start veriblər
Sloveniyada şahmat üzrə Avropa çempionatı davam edir.

Çempionata təmsilçilərimiz Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli qələbə ilə start veriblər. Bu gün çempionatda ikinci turun oyunları keçiriləcək.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir.

Qitə çempionatının ümumi mükafat fondu 100 min avro təşkil edir. Qalib 20 min avroluq mükafata sahib olacaq. Bundan əlavə, çempionatda ən yaxşı nəticə göstərən 23 idmançı, həmçinin ən yaxşı qadın oyunçu, gənc və yaşlı şahmatçılar üçün xüsusi mükafatlar da nəzərdə tutulub.

Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışına vəsiqə qazanacaq.

Xəbər 248 dəfə oxundu.