Azərbaycan gimnastı Zöhrə Ağamirova mükafata layiq görülüb
Bakıda “Global Woman Summit”in qala gecəsi keçirilib. Qala gecədə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, İspaniya, İsveçrə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Qətər və digər müxtəlif ölkələrdən böyük nüfuza sahib olan xanımlar, yaradıcı peşə sahibləri, iqtisadçılar, alimlər, həkimlər, idmançılar və müxtəlif brendlərin təsisçiləri yer alıblar.

Tədbirdə müxtəlif peşələrdə çalışan uğurlu xanımlar ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırılıblar.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast Zöhrə Ağamirova idman sahəsində qazandığı nailiyyətlərə görə “Uğurlu gimnast” nominasiyasında mükafata layiq görülüb.

Xəbər 289 dəfə oxundu.