U-21 hansı klubumuzla yoxlama matçı keçirəcək?
Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi yoldaşlıq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası sentyabrın 2-də yoxlama görüşü keçirəcək.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz saat 19:00-da "Dalğa Arena"da AzAL klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və İngiltərə yığmaları sentyabrın 6-da, saat 20:00-da, "Dalğa Arena"da qarşılaşacaqlar.

Xəbər 1448 dəfə oxundu.