Xavi Martines «Bavariya»da
Bundesliganın çempionluğa əsas namizədlərindən «Bavariya» Bilbao «Atletik»inin formasını geyinən Xavi Martinesi 40 milyon avro qarşılığında sıralarına qatıb. 23 yaşındakı ulduz yeni klubunun rəsmi televiziyasına verdiyi müsahibədə «Uzun zamandır bu transferi gözləyirdim, amma bu gözləmə sonda bitib. «Bavariya» Avropanın və dünyanın ən yaxşı klublarındandı. Burada ən yaxşı oyunçularla oynayacağam. Bu da məni, titullar qazanmaq üçün mümkün qədər tez meydana çıxmağa həvəsləndirir» - deyib.

İdman.com.az saytının məlumatına görə, ispan oyunçunun transferi üçün uzun zamandır məşğul olduqlarını deyən «Bavariya»nın rəhbəri Karl-Hayns Rummenigge, «Atletik»in razılaşmaya meylli olmaması səbəbindən vəziyyət olduqca mürəkkəb idi. Amma nəticə olaraq Martinesin aramıza qatılması bizi son dərəcə sevindirdi. Transferin bütün mübahisəli tərəfləri rəsmi olaraq aradan qaldırıldı» deyib.

Xəbər 1202 dəfə oxundu.