Azərbaycan Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb
Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Görüşə toplaşanlar Azərbaycan Prezidentini və ailə üzvlərini hərarətlə qarşıladılar.
Ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın Olimpiya oyunlarında qazandıqları qələbələrdən bəhs edən film nümayiş olundu.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” Sərəncamı elan edildi.
Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXX Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Şöhrət” ordenini, “Tərəqqi” medalını və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi, onlara bir daha uğurlar arzuladı.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov idmanın inkişafına, idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi.

Xəbər 2087 dəfə oxundu.