Boyan Krkic «Milan»da
İtaliya «Milan»ı ispan «Barselona»sının gənc oyunçusu Boyan Krkici icarəlik olaraq heyətinə qatıb. «A» Seriyasından futbolçu keçən mövsüm də bir başqa «A» Seriya təmsilçisi «Roma»da icarədə olmuşdu.

22 yaşında olmasına baxmayaraq, «Barselona»nın formasıyla 3 La Liqa və 2 Çempionlar Liqası çempionluğu qazanan Krkic, buna baxmayaraq, gözlənilən partlayışı edə bilməyib, keçən mövsümün başında İtaliyanın yolunu tutmuşdu.

Boyan Krkic ötən mövsüm «Roma» formasıyla 37 matça çıxıb və 7 qol vurub. Keçirdiyi zədənin təsiriylə burada da gözləniləni verə bilməyən ispan futbolçu, yalnız 17 matçda ilk 11-dikdə forma geyinə bilmişdi.
Gənc futbolçu, önümüzdəki mövsümdə «qırmızı-qara»lı forma altında Robinyo, Passini və Pato kimi ulduzlarla heyətdə yer mübarizəsi aparacaq.

Xəbər 1285 dəfə oxundu.