Londonda daha bir paralimpiya qızılı
Azərbaycan yığması Londonda keçirilən XIV Paralimpiya Yay Oyunlarnda daha bir qızıl medal qazanıb. İdman.com.az saytının xəbərinə görə, 57 kq çəkidə mübarizə aparan cüdoçu Afaq Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda braziliyalı Lusia da Silvanı məğlub edib. Londonda ölkəmizə ilk qızılı dünən Ramin İbrahimov (60 kq) qazandırmışdı.

Xəbər 1235 dəfə oxundu.