Qadın şahmatçılarımız erməniləri məğlub etdi
İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün Azərbaycanın qadın şahmatçıları Ermənistan yığması ilə qarşılaşıb. İdman.com.az saytının məlumatına görə, kapitan Fikrət Sideifzadə son 2 turdan sonra heyətdə dəyişiklik edib. O, orta reytinqinə görə 8-ci olan ermənilərə qarşı 4 lövhədə Nərgiz Umudovanı (2208) Xəyalə İsgəndərova ilə əvəzləyib.

Qeyd edək ki, millimiz Lüksemburqla Danimarkaya qalib gələrək, Rumıniyaya uduzduğu kimi rəqibimiz də 2 qələbə (İordaniya 3:1, İsveçrə 3:1) qazanıb və 1 dəfə (Hindistana 1,5:2,5) məğlub olub. Həmişə ermənilərə qarşı iddialı oynayan yığmamızın bu dəfə də eyni uğuru təkrarlayıb.

31 avqust
IV tur

AZƏRBAYCAN (2266) – ERMƏNİSTAN (2404) - 2,5:1,5

Zeynəb Məmmədyarova (2285) – Elina Danielyan (2476) - 1:0
Lilit Mkrtçyan (2454) – Gülnar Məmmədova (2324) - 1:0
Türkan Məmmədyarova (2245) – Lilit Qaloyan (2349) - 1:0
Mariya Kursova (2338) – Xəyalə İsgəndərova (2205) - 0,5:0,5

Xəbər 2035 dəfə oxundu.