Ölkə çempionatında ilk günün qalibləri məlum olub
Ölkə çempionatında ilk günün qalibləri məlum olub
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci günündə çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib.

Böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda “Tokio-2020” Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu olub. Arzu Cəlilova yarışı gümüş, İlona Zeynalova isə bürünc medalla başa vurublar.

2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində Mədinə Dəmirova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Gövhər İbrahimova yarışı gümüş, Məryəm Əliyeva isə bürünc medalla başa vurublar.

Xəbər 270 dəfə oxundu.