Sadıq Sadıqov: “Bizim yaxşı heyətimiz var”
“Bizim yaxşı heyətimiz var. Onlar qrup mərhələsinə necə düşməyi göstərdilər”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.

Azərbaycan tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “ağ-qaralar”ın prezidenti bildirib ki, bu məsul yarışda yeni futbolçuya ehtiyacları olmayacaq və Azərbaycan çempionatında hədəfləri dəyişməzdir:

“Fikrimcə, bizə yeni futbolçu transfer lazım deyil. Avroliqanın qrup mərhələsinə düşməyimizə baxmayaraq, bizim daxili arenada məqsədimiz çempionluqdur. Premyer Liqa oyunlarını təxirə salmaq lazım deyil”.

Xəbər 1124 dəfə oxundu.