Elxan Məmmədov UEFA-dan nəyi xahiş edəcək?
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb. "İdman.com.az" saytı xəbər verir ki, o, tarixi qələbədən sonrakı vəziyyəyi belə dəyərləndirib:

“Çox şadam ki, Azərbaycan klubu belə bir uğura imza atdı və Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. AFFA artıq UEFA ilə məsləhətləşmələrə başlayıb. Ümid edirik ki, onlar təqvimi tərtib edərkən Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatının keçirilməsini də nəzərə alacaqlar. UEFA-dan xahiş edəcəyik ki, “Neftçi” sentyabrın 20-də ilk oyununu səfərdə keçirsin.

Çünki FİFA-nın qaydalarına əsasən, açılış matçının keçiriləcəyi arena 4 gün öncədən buna hazır olmalıdı. Buna görə də “ağ-qaralar”ın ilk ev oyununu oktyabrın 4-də keçirməsi mümkündü. Həmin oyun da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək”

Xəbər 1097 dəfə oxundu.