Hafiz Məmmədovdan bayram təbriki
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi”yə təbriklər gəlməyə davam edir. Apasport.az saytının məlumatına əsasən, “Bakı”nın prezidenti Hafiz Məmmədov "Neftçi"ni tarixi qələbə münasibəti ilə təbrik edib.

UEFA Avropa Liqası pley-of mərhələsinin "Apoel"-"Neftçi" oyunu başa çatar-çatmaz Azərbaycan çempionuna təbriklərini ünvanlayan Hafiz Məmmədov bu qələbənin bütün Azərbaycan futbolunun uğuru kimi dəyərləndirib və "Neftçi"yə bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər arzulayıb.

Məmmədov bu qələbənin bütün xalqımız sevindirdiyini bildirib: "Bu, həqiqətən də, tarixi qələbədir. Sevincimizin həddi-hüdudu yoxdur. AFFA prezidenti Rövnəq Abdullayevi, "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu təbrik edirəm, bu insanların zəhməti öz bəhrəsini verdi, "Neftçi" bütün xalqımızı sevindirdi. Bütün Azərbaycan futbolsevərlərinə gözünüz aydın olsun. "Neftçi" UEFA səviyyəli turnirdə bir ilkə imza atdı. İnanıram ki, bu qələbələrin ardı gələcək."

"Bakı" futbol klubunun kollektividə öz növbəsində prezidentlərinin təbriklərinə qoşulub.

Xəbər 1438 dəfə oxundu.