Avropa kuboklarında təsnifat mərhələsi başa çatıb
Avropa kuboklarında təsnifat mərhələsi başa çatıb. Qitənin 80 ən güclü komandası mübarizəni qrupda davam etdirəcək.

32 komanda Çempionlar Liqası, 48-i Avropa Liqasında qrup oyunlarına çıxacaq. Bu 80 komanda cəmi 28 ölkəni təmsil edir.

Belə ki, 53 ölkəsindən 25-i qrup üzünə həsrət qalıb. Həmişə bu sonuncuların siyahısında olan Azərbaycan ilk dəfə qrupda təmsil olunacaq. Bu isə o deməkdir ki, biz Avropanın 28 ölkəsindən biri olduq.

Xəbər 860 dəfə oxundu.