Rövşən Bayramov ata oldu

Azərbaycan Güləş Federasiyasının kollektivi, idmançı və məşqçi heyəti bu günlərdə iki xoş hadisənin sevincini yaşayır. Belə ki, Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü, Bu yaxınlarda Londonda özünün ikinci gümüş medalını qazanmış Rövşən Bayramovun oğlu olub.
İnanırıq ki, Rövşənin yeni doğulmuş oğlu da atası kimi Azərbaycanın adını uca tutacaq, valideynlərinə layiq övlad olacaq.

Xatırladaq ki, Rövşən Bayramov Pekin və London Olimpiadasının gümüş mükafatçısı, 2011-ci ilin Dünya çempionu, DÇ-nin gümüş (2006) və bürünc (2009) mükafatçısı, ikiqat Avropa çempionu (2007, 2008) və bürünc (2006) mükafatçısıdır.

Sərbəst güləş üzrə yığma komandanın üzvü Cəmaləddin Məhəmmədov isə ailə həyatı qurub. Bu münasibətlə AGF kollektivi Cəmaləddini təbrik edir, ona ailə səadəti, xoşbəxtlik və gələcək karyerasında uğurlar arzulayır.

Xatırladaq ki, Cəmaləddin Məhəmmədov 2011-ci ildə böyüklər arasında həm Avropa, həm də Dünya çempionatının bürünc mükafatçısı olub.

Xəbər 1186 dəfə oxundu.