Səfirlik əməkdaşları arasında şahmat turnirinə start verilib
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri arasında şahmat turnirinə martın 3-də start verilib. "İdman Həftəsi" çərçivəsində, 2 gün davam edəcək yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesualla və Hindistanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşları mübarizə aparırlar.

Yarışın açılış mərasimində Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunan yarışın iştirakçılarına uğurlar arzulayıb.

Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydaları əsasında keçirilir. 7 turdan ibarət olacaq yarışda iştirakçılar fərdi qaydada yarışırlar.

Xəbər 462 dəfə oxundu.