“Neftçi” tarix yazdı!!!
“Neftçi” bu gün Avropa Liqasında son təsnifat mərhələsinin cavab oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, qrup mərhələsinə vəsiqə qazanmaq arzusunda olan “ağ-qaralar” Kiprdə yerli APOEL-lə qarşılaşıblar.

Matç, Bakıda Nikosiya təmsilçisi ilə 1:1 hesablı heç-heçə edən Böyükağa Hacıyevin komandası üçün asan olmasa da, bayraqdar mümkün olanı etdi - rəqibi 3 qolla məyus edib tarixi nailiyyət əldə edərək, Avroliqanın qrup mərhələsinə düşdü.

APOEL (Kipr) – “Neftçi” (Azərbaycan) - 1:3
Qol: Benaçour, 44 - İmamverdiyev, 22, Vobay, 31, Flavinyu, 60
Baş hakim: Səid Ennjimi
Nikosiya. GSP stadionu
İlk oyun – 1:1

Xəbər 1061 dəfə oxundu.