Alessandro Del Pyero başqa qitəyə yollanır
Avropanın milli çempionatlarında yeni mövsümün başlamasına rəğmən özünə yeni klub tapa bilməyən Alessandro Del Pyero başqa qitəyə yollanır. Məşhur italiyalı futbolçu əksər həmkarlarından fərqli olaraq, Şimali Amerika və ya Asiyanı yox, Avstraliyanı seçib.
Məlumata görə, “Yuventus”un əfsanəvi kapitanı hazırda bu ölkənin “Sidney” klubu ilə danışıqlar aparır. Transferin yaxın bir neçə gün içində rəsmiləşəcəyi deyilir.
Qeyd edək ki, Del Pyero 1992-2012-ci illərdə “Yuventus”da 513 oyun keçirərək 208 qol vurub və 17 kubok qazanıb.

Xəbər 923 dəfə oxundu.