AFFA məşqçini 15 oyunluq, futbolçunu isə 1 illik cəzalandırıb
Azərbaycan çempionatlarının son oyunlarında yaşanmış xoşagəlməz hallarla bağlı AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Komitə bir sıra sərt cəzalarla diqqət çəkib.

Futzal üzrə Azərbaycan kuboku yarışının “Bibi Heybət” – “Star Karqo-2” oyunu bitdikdən sonra ikincilərin məşqçisi Anar Məmmədov hakimlər komitəsini və Futzal Federasiyasını təhqir etməsi, eyni zamanda hədə-qorxu gəlməsi səbəbindən 15 oyunluq cəzalandırılıb.

Yüksək Qızlar Liqasının UGİM-lə (Naftalan) oyununda “Xırdalan City”nin futbolçusu Leyla Gondolova isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra səbəb olduğu hadisələrə görə 12 aylıq yarışlardan kənarlaşdırılıb.

Xəbər 288 dəfə oxundu.