Gürcüstan Qəbələdə qələbə qazandı
Bu gün Qəbələ şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 2:1 hesabı ilə Gürcüstan yığmasının xeyrinə başa çatıb. Komandamızın heyətində Baxşəli Baxşəliyev fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 28-də Qəbələdə keçirilmişdi. Həmin matçda millimiz 1:0 hesablı qələbə qazanmışdı.

Xəbər 954 dəfə oxundu.