Azərbaycan millisi “Uraloçka” komandası ilə növbəti yoxlama matçını keçirib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda hazırlıq keçən Rusiyanın “Uraloçka” komandası ilə növbəti yoxlama matçını keçirib. Faiq Qarayevin yetirmələri rəqiblə ikinci görüşlərində məğlubiyyətə üzülüblər. İlk matçda Yekaterinburq təmsilçisinə 3:1 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə 2:3 hesabı ilə uduzublar.

Qeyd edək ki, millimiz “Uraloçka” ilə daha 2 matç keçirəcək. Bu qarşılaşmalar sabah və sentyabrın 1-də olacaq.

Xəbər 897 dəfə oxundu.